Boluda baş vermiş 4.8 bal gücündə zəlzələ Şimali Anadolu qırılma xəttinin sonundakı kiçik bir qırılma xəttində baş vermiş yeraltı təkandır.
APA xəbər verir ki, bunu AFAD-ın nümayəndəsi Orxan Tatar deyib. O bildirib ki, bu qədər qısa məsafədə baş verən bu cür zəlzələlərin İstanbul, Marmaradakı qırılma nöqtəsini hərəkətə keçirəcəyindən söhbət gedə bilməz, çünki bunlar tamamilə başqa qırılma xətləridir.
O bildirib ki, Türkiyə bir illik zəlzələ sayına 3 ayda çatıb:
"Zəlzələ bölgəsində ilin əvvəlindən indiyədək təxminən 24 min yeraltı təkan, 18 minə yaxın afterşok qeydə alınıb. 9 bölgədə 253 yaşayış məntəqəsində 3784 binanın təbii fəlakətdən zərər çəkdiyi müəyyən edilib, onlardan 3310-u təxliyə edilib. 474 binada müvəqqəti bərpa işləri aparılıb”, - deyə o əlavə edib.