Bank Of Baku

Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihəyə başlanılıb

Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihəyə başlanılıb
# 26 oktyabr 2022 15:02 (UTC +04:00)

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində sakinlərin məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində Ağalı kəndində sosial iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni layihəyə başlanıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.

Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.

Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR