Ağdamda əmək yarmarkası olacaq

Ağdamda əmək yarmarkası olacaq
# 23 aprel 2024 15:17 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.

"Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumatlar da veriləcək. Yarmarka saat 11:00-dən 13:00-ə kimi davam edəcək", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR