"Olduğumuz bu yer çox əlverişli döyüş mövqeyi olub. Bu ərazilərdə döyüş gedib. Bu yüksəklik əldən-ələ keçib dəfələrlə. Son döyüşdə, 93-cü ilin yanvar ayında şahidlərin ifadəsinə görə, Azərbaycan Ordusunun bir qrup hərbçisi həlak olub".
APA xəbər verir ki, bunu Ağdərədə aşkarlanan kütləvi məzarlıq barədə danışan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov deyib.
Qeyd edib ki, axtarışlar zamanı kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib: "Burada işlər davam edəcək və ərazi daha geniş axtarılacaq. Qalıqlar götrüldükdən sonra alt səthi yoxlanılacaq. İstina olunmur ki, bu say arta bilər".