AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan əməkdaşlarının mənzil təminatı məsələsinin həlli üçün xüsusi komissiya yaradılacaq.
APA xəbər verir ki, bunu AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən açıq iclasında qurumun prezidenti v.i.e., akademik Arif Həşimov təklif edib.
Təklif Rəyasət Heyətinin üzvləri tərəfindən qəbul edilib.