AMEA prezidenti: Belə getsə, seysmologiya sahəsində alim tapılmayacaq

AMEA prezidenti: Belə getsə, seysmologiya sahəsində alim tapılmayacaq
# 29 noyabr 2023 11:14 (UTC +04:00)

Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər:

"Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR