Bank Of Baku

AMEA: Seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac var

AMEA: Seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac var
# 16 mart 2023 11:26 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələdən sonra apardığımız təhlillər zamanı ölkəmizdə seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu müəyyən etmişik.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var:

"Biz seysmologiya üzrə yüksək elmi dərəcəli kadrların hazırlanması istiqamətində yüksək dairələrlə danışıqlar apararaq razılığa gəlmişik. Həmçinin gələn həftə seysmoloqlarımızın böyük bir hissəsi Türkiyəyə gedəcək və türkiyəli alimlərlə birgə tədqiqatlar aparacaqlar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR