Bank Of Baku

AMİM-də CELT P və CELT S kurslarını uğurla tamamlayanlara sertifikat verilib - FOTO

AMİM-də CELT P və CELT S kurslarını uğurla tamamlayanlara sertifikat verilib  - FOTO
# 13 mart 2023 16:49 (UTC +04:00)

Azərbaycan Müəllim İnkişafı Mərkəzində (AMİM) Cambridge CELT P və CELT S kurslarını uğurla tamamlayan iştirakçıların sertifikasiya tədbiri təşkil edilib.

APA xəbər verir ki, CELT-P (Certificate in English Language Teaching – Primary) ibtidai siniflərə ingilis dilini tədris edən müəllimlərinə özlərinin pedaqoji bacarıqlarını inkişaf etdirməyə və bir müəllim kimi özlərinə olan inamlarını artırmağa kömək edir. Bu təlim 6-12 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyasıdır.

CELT-S (Certificate in English Language Teaching – Secondary) müvafiq olaraq 11-18 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyasıdır.

Bu təlimlər müəllimlərə ingilis dilinin xarici dil kimi tədrisi ilə bağlı əsas çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək strategiyaları mənimsədir. İştirakçı müəllimlər onlayn dərslər, əyani təlim və dərs müşahidəsi vasitəsilə öz pedaqoji bilik və bacarıqlarını inkişaf etdirirlər.

Tədbirdə çıxış edən AMİM-in rəhbəri Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik etdi və onlara gələcək peşəkar fəaliyyətlərinə yeni uğurlar arzulayıb.

Tədbirin sonunda iştirakçılara Cambridge tərəfindən verilən rəsmi sertifikatlar təqdim edilib.

AMİM, Cambridge Assessment English təşkilatının Azərbaycandakı tərəfdaşı olaraq bu kimi təlimlərin mütəmadi təşkil edir və bütün maraqlananları müvafiq programlardan faydalanmağa dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR