2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56,573 hektar təşkil edir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.
Onun sözlərinə görə, bu il minalardan təmizlənməsi nəzərdə tutulan ərazilər 40 hektar təşkil edir:
“Artıq həmin ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər nəzərdə tutulan ərazi tam başa çatdırılacaq. Minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur”.