Aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib

Aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib
# 27 iyun 2024 12:45 (UTC +04:00)

İyunun 26-sı axşam saatlarından başlayaraq, yağan aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, rayonun bir sıra kəndlərində, eləcə də şəhər ərazisində yol infrastrukturuna və təsərrüfata ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Ağsu şəhəri ilə Aratlı-Curuğlu kəndini birləşdirən avtomobil yolunun 20 metrlik asfalt hissəsi tamamilə yuyularaq sıradan çıxıb.
Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, su basmış evlərdən sakinlərin daha təhlükəsiz yerlərə təxliyə olunması həyata keçirilib. Həmçinin, strateji əhəmiyyətli obyektlər və bəzi yaşayış məntəqələri polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
Baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR