Astarada Pensərçay məcrasını dəyişib, evlər üçün təhlükə yaranıb - FOTO

Astarada Pensərçay məcrasını dəyişib, evlər üçün təhlükə yaranıb - FOTO
# 27 iyun 2024 12:50 (UTC +04:00)

Astarada güclü yağışlar nəticəsində Pensərçay məcrasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq, cənub bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Astara rayonun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrə qədər məcrasını dəyişib. Pensərçayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Su evlərin həyətlərinə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR