Bank Of Baku

Avqust ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

Avqust ayının müavinət, təqaüd, ünvanlı yardımları ödənilib
# 25 avqust 2022 17:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Bu barədə APA-ya Nazirlikdən xəbər verilib.

Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri bu gün yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR