Avtomobili taksi duracaqlarında saxlayanlar 40 manat cərimələnəcək

Avtomobili taksi duracaqlarında saxlayanlar 40 manat cərimələnəcək
# 21 iyun 2024 13:14 (UTC +04:00)

Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına icazə verilməyəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni- 346.6-cı maddədə əksini tapıb.

Layihəyə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək.

Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR