Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlar Akademiyası arasında əməkdaşlığın genişləndirilməsinə dair qərar qəbul edilib.
APA xəbər verir ki, bu barədə Akademiyanın Ümumi yığıncağında bildirilib. Qeyd olunub ki, bu istiqamətdə xüsusən, ictimai və humanitar elmi istiqamətlər üzrə birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin hayata keçirilməsinin təmin edilməsi qərara alınıb.
Eyni zamanda, Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə AMEA-nin müvafiq humanitar və ictimai elmi müəssisələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə elmi tədqiqatların aparılması istiqamətində tədbirlər həyata keçiriləcək. Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu (TÜBİTAK) ilə AMEA arasındakı birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və AMEA-nın elmi jurnallarının Türkiyənin Ulakbim-Dergipark elektron baza reyestrinə daxil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi qərara alınıb.