Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah Kəlbəcər və Laçından sonra Zəngilan rayonuna səfər edib
APA-nın yerli bürosunun məlumatına görə, qonaqlar səfər çərçivəsində Zəngilan rayonun Ağalı kəndində olublar. Bildirilib ki “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub.
Qonaqlara Ağalı kəndi haqqında ətraflı məlumat verilib.