Bank Of Baku

Azərbaycanda qızılca əleyhinə peyvənd ödənişsizdir

Azərbaycanda qızılca əleyhinə peyvənd ödənişsizdir
# 23 noyabr 2023 17:38 (UTC +04:00)

Ağırlaşma halları ilə müraciət edənlər qızılca əleyhinə peyvənd olunmayanlardır. Qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib.

APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd edilib ki, sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur:

"Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR