Bank Of Baku

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub
# 21 oktyabr 2022 19:12 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 852 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 544 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son sutka ərzində 1 962, hazırkı dövrədək isə 7 301 286 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR