Bank Of Baku

Azərbaycandan kənardakı şəxslərə prosessual sənədlərin hansı qaydada çatdırılacağı məlum olub

Azərbaycandan kənardakı şəxslərə prosessual sənədlərin hansı qaydada çatdırılacağı məlum olub
# 17 noyabr 2023 14:02 (UTC +04:00)

Azərbaycandan kənarda olan şəxslərə prosessual sənədlərin hansı qaydada çatdırılacağı məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycandan kənarda olan şəxslərə prosessual sənədlər həmin ölkədəki diplomatik nümayəndəliklər, konsulluqlar və həmin ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən çatdırılacaq. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün şəxsə prosessual sənədlərin bu Məcəllədə nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmadıqda və şəxsin olduğu ölkə barədə etibarlı məlumatlar olduqda, prosessual sənədlər hamin şəxsə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanı vasitəsilə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanı vasitəsilə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud cinayət işlərinə dair hüquqi yardım göstərilməsi qaydasında həmin ölkənin müvafiq səlahiyyətli orqanına göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR