Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir.
Bakı Metropoliteni QSC-dən APA-ya verilən xəbərə görə, tematik məşq elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarlarin hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel generatorlar vasitəsilə fəaliyyətinin yoxlanılmasıdır.