Bank Of Baku

Bakı sakinləri Siyəzəndə 4 kq narkotiklə saxlanılıb

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 24 avqust 2022 15:18 (UTC +04:00)

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Elvin İsmayılov və Nicat Hüseynov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 500 qram psixotrop maddə olan metamfetamin və 558,6 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR