Bakı və Abşeronda gözlənilən hava açıqlanıb

Bakı və Abşeronda gözlənilən hava açıqlanıb
# 17 avqust 2022 12:38 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək. Bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38 dərəcə isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41 dərəcə isti kimi hiss olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR