Bank Of Baku

Bakıda atışmada yaralananların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Bakıda atışmada yaralananların vəziyyəti açıqlanıb  - YENİLƏNİB
# 10 mart 2023 19:00 (UTC +04:00)

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin əməliyyatı uğurla başa çatıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.

***

15:42

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralananların vəziyyətini açıqlayıb.

Mərkəzdən APA-nın sorğusuna cavab olara bildirilib ki, yaralananların vəziyyəti stabildir:

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR