Bank Of Baku

Bakıda ikimərtəbəli binada yanğın söndürülüb - VİDEO - YENİLƏNİB 1

Bakıda ikimərtəbəli binada yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB 1
# 17 iyun 2022 08:38 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

16.06.2022

Saat 22:26

Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Saat 21:42

Bakıda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

Yanğın üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR