Bakıda İtaliya mətbəxi həftəsi keçirilir - FOTO

Bakıda İtaliya mətbəxi həftəsi keçirilir - FOTO
# 06 dekabr 2023 13:00 (UTC +04:00)

Bakıda İtaliya mətbəxi həftəsi keçirilir.

APA xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Ticarət Agentliyi (Agenzia per la promozione all'estero e l'internazionalizzazione delle imprese italiane - Agenzia ICE) birgə əməkdaşlığı ilə "İtaliya mətbəxi masada: dad və rifah" ("Dining with the Italian cuisine: well-being with taste") mövzusuna həsr olunmuş İtaliya Mətbəxi Həftəsinin 8-ci buraxılışı davam edir.

İtaliya Mətbəxi Həftəsi çərçivəsində bu gün ustad dərsi təşkil edilib.

Tədbirin açılış mərasimində çıxış edən İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ölkələrimiz arasında bir çox oxşar məqamların olduğunu diqqətə çatdırıb.

Diplomat əlavə edib ki, mədəni və humanitar sahədə əməkdaşlıq xalqların bir-birinə daha da yaxınlaşmasına töhfəsini verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR