Bank Of Baku

Bakıda mətbəxində siçovul görüntülənən restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda mətbəxində siçovul görüntülənən restoranın fəaliyyəti məhdudlaşdırılıb
# 09 iyul 2024 16:20 (UTC +04:00)

Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub:

"Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR