Bank Of Baku

Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb

Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb
# 13 iyun 2022 10:19 (UTC +04:00)

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 92 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

İdarədən APA-ya verilən xəbərə görə, 4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 172, 205, 307 nömrəli tam orta məktəblər). Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsində yeni məktəb, Binə qəsəbəsində 88, Xocasən qəsəbəsində 33, Yeni Yasamal Yaşayış Massivində 133 nömrəli tam orta məktəblər) tikintisi tamamlanıb.

Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi (292), Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi (304)) tikintisi ilə əlaqədar son tamamlanma işləri aparılır.

Həmçinin hazırda 3 məktəbdə (35, 87, 263) köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR