Bank Of Baku

Bakıda Türk Dövlətləri fövqəladə hallar nazirlərinin ikinci iclası keçiriləcək

Bakıda Türk Dövlətləri fövqəladə hallar nazirlərinin ikinci iclası keçiriləcək
# 30 avqust 2023 11:53 (UTC +04:00)

Sentyabrın 6-8-də Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.

Həmçinin, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR