Bank Of Baku

Bakıdan Xankəndiyə göndərilən 40 ton un Rusiya sülhməramlılarının postunda gözləyir - VİDEO

Bakıdan Xankəndiyə göndərilən 40 ton un Rusiya sülhməramlılarının postunda gözləyir - VİDEO
# 30 avqust 2023 10:50 (UTC +04:00)

Bakıdan Xankəndiyə göndərilən 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.

APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı hələlik heç bir addım atmır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev dünən bildirmişdi ki, yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə müzakirələr aparılır.

Sülhməramlılar müraciətə cavab verilməsi üçün vaxt istəyib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR