Bank Of Baku

Bakıdan Xankəndiyə göndərilən un məmulatlarının keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib

Bakıdan Xankəndiyə göndərilən un məmulatlarının keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib
# 30 avqust 2023 11:06 (UTC +04:00)

“Bakıdan Xankəndiyə göndərilən un məmulatlarının keyfiyyət sertifikatı var. Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik”.

APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

“Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.

Fuad Sadıqov

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR