Bank Of Baku

Baş konsul: “Türkiyə-Naxçıvan ticarət otağı qurmaq istiqamətində hazırda işlər davam edir”

Baş konsul: “Türkiyə-Naxçıvan ticarət otağı qurmaq istiqamətində hazırda işlər davam edir”
# 30 avqust 2023 23:38 (UTC +04:00)

“Naxçıvanda çox önəmli layihələr həyata keçirəcəyik. Naxçıvanda "Ziraatbank"ı açılacaq, Türkiyə-Naxçıvan ticarət otağı qurmaq istiqamətində isə hazırda işlər davam edir”.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Baş konsul Türkiyə-Azərbaycan əlaqələrindən, Naxçıvanın bu əlaqələrdəki rolundan da bəhs edib:

"Mən burada işə başladığımdan bəri Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri hər sahədə genişləndirməyə çalışıram. Naxçıvandan-Türkiyəyə və ya Türkiyədən-Naxçıvana uzun illərdir çox yüksək səviyyədə ziyarətlər olmayıb. İnşaallah bu dəyişəcək. Türkiyədən çox sayda iş adamı və ya müxtəlif qruplar buraya ziyarətə gəlirlər. Gələcəkdə üst səviyyə ziyarətlər də olacaq. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr gələcək zamanda çox sürətli şəkildə inkişaf edəcək. Çox önəmli layihələri həyata keçirəcəyik. "Ziraatbank"ı açılacaq, Türkiyə-Naxçıvan ticarət otağı qurmaq istiqamətində hazırda işlər davam edir", - deyə o bildirib.

ASip Kayanın sözlərinə görə, gələcək həftə böyük bir iş adamları qrupu Türkiyədən bNaxçıvana gələcək.

"Dediyim kimi, münasibətlərimiz hər sahədə inkişaf edir, biz də Baş Konsulluq olaraq burada başda səlahiyyətli nümayəndə olmaqla bütün dövlət rəhbərləri ilə gözəl əlaqələr qurmuşuq. Əlimizdən gəldiyi qədər töhfə verməyə çalışırıq. Bu il həm Türkiyə həm də Azərbaycan üçün çox önəmlidir. Türkiyə Cümhuriyyətinin quruluşunun, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərlə bağlı bir çox tədbirlər keçirilir. Gələcək aylarda biz də bu münasibətlə iki-üç tədbir təşkil etməyi nəzərdə tuturuq, inanırıq ki, həmin tədbirləri yüksək səviyyədə keçirə biləcəyik", - deyə Baş konsul bidlriib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR