Bank Of Baku

Baş prokurorun müavini: Bu gün test mərhələsində prokurorluğa qəbul olmaq istəyən 320 namizəd iştirak edir

Baş prokurorun müavini Heydər Məmmədov

© APA | Baş prokurorun müavini Heydər Məmmədov

# 10 oktyabr 2025 11:22 (UTC +04:00)

"Prokurorluq orqanlarında son illər müasir məzmunlu islahatlar davam etməkdədir".

APA xəbər verir ki, bunu test imtahanları ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş prokurorunun müavini II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.

O bildirib ki, bu istiqamətlərdən kadr islahatları müstəsna əhəmiyyətə malikdir: “Həmin kadr islahatları, sistemli şəkildə və strateji ardıcıllıqla həyata keçirilir və bunun təməl prinsipində müasir və yüksək nəzəri biliyə malik, istedadlı Azərbaycan gəncləri dayanır. Bu istiqamətdə tam aşkarlıq şəraitində və şəffaf prosedurlara əsaslanan işə qəbulla bağlı müsabiqə bizim üçün vacib bir alətdir və mühüm mexanizmdir”.

Heydər Məmmədov bildirib ki, bu gün 50 vakant ştat vahidi üzrə növbəti 27-ci müsabiqə həyata keçirilir:

“Bildiyiniz kimi hazırda müsabiqənim I mərhəsləsi, yəni test mərhələsi keçirilir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində bu gün prokurorluğa qəbul olmaq istəyən 320 namizəd iştirak edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR