Bank Of Baku

Bərdə Mərkəzi Xəstəxanası körpə ölümü ilə bağlı açıqlama yayıb

Bərdə Mərkəzi Xəstəxanası körpə ölümü ilə bağlı açıqlama yayıb
# 22 avqust 2022 16:21 (UTC +04:00)

Bərdə Rayon Mərkəzi Xəstəxanası yeni doğulan körpənin ölümü ilə bağlı açıqlama yayıb.

Xəxtəxanadan APA-nın soğrusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayon sakini, 38-39 həftəlik hamilə olan 1997-ci təvəllüdlü hamilə qadın 20.08.2022-ci il saat 12:30 radələrində süni sancılarının olması səbəbilə xəstəxanaya yerləşdirilib. Xəstənin bütün lazımlı müayinələri aparılıb və qeysəriyyə əməliyyatı üçün hazırlanıb. Qadının 2 730 qram çəkidə olan övladı doğulub. Yeni doğulan körpəyə tənəffüs pozğunluğu, perinatal dövr üçün spesifik olan dəqiqləşdirilməmiş infeksiyası, kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Bir neçə saat küvezdə saxlanılan körpə daha sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR