Bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün dopinq maddələrinin olmaması haqqında təsdiqedici sənəd tələb olunacaq.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə dəyişiklik edib.
Qərara əsasən, bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar da əlavə olunmalıdır:
- təqdim edilmiş məhsulun istehsalı barədə müvafiq sənədlərin (keyfiyyət parametrləri spesifikasiya sənədində olan parametrlərlə eynilik təşkil edən məhsul seriyasına dair analiz sertifikatı, məhsulun tərkibi üzrə tədqiqat (sınaq) protokolu, tədqiqatın (sınağın) aparılması üçün validasiya edilmiş analiz üsulları, məhsulun keyfiyyətinə dair fiziki-kimyəvi və mikrobioloji keyfiyyət parametrlərinin əks olunduğu spesifikasiya sənədi, məhsulun yararlılıq müddətini təsdiq edən sınaqlara dair məlumat, resepturalar, istehsalçı tərəfindən təqdim edilmiş məhsulun istehsal prosesinin ardıcıllığını əks etdirən sənədlər (texnoloji proses), eləcə də istehsalçının bioloji aktiv qida məhsullarının istehsalına icazəsi barədə sənədlərin surətləri və məhsulun tərkibindəki təsiredici maddələrə dair müqayisə standartları;
- istehsalçının məhsulun tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomaterialların, hormonların, pestisidlərin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən edilmiş dopinq maddələrinin olmaması haqqında təsdiqedici sənədi;
- məhsulun istehlakçı üçün nəzərdə tutulmuş istifadə təlimatı və onun Azərbaycan dilinə tərcüməsi;
- ekspertizaya təqdim olunmuş məhsulların etiketinin və qablaşdırılmasının ərizəçi və ya istehsalçı tərəfindən təsdiq edilmiş maketləri, həmin maketlər xarici dildə olduqda Qanunun 17.4-cü maddəsinin tələblərinə əsasən onların Azərbaycan dilində tərcüməsi;
- məhsulun tərkibindəki təsiredici maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi, köməkçi maddələrin və digər inqrediyentlərin isə beynəlxalq adı göstərilməklə siyahısı, həmçinin kapsul və tablet örtüklərinin hazırlanmasında istifadə olunan maddələrin siyahısı;
- istehsalçı tərəfindən məhsulun hazırlanmasında istifadə olunan bitkilərin binar nomenklaturaya əsasən elmi adları, onlardan alınan xammallar (istifadə olunan bitki hissələri), həmçinin məhsula daxil olma formalarının (toz, qatı, quru və maye ekstratları, dəmləmə, bişirmə, tinktura və s.) barədə məlumatlar.
Bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün dopinq olmamasına dair sənəd tələb olunacaq
Sosial
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbər Lenti
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir