Birinci Qarabağ müharibəsi şəhidi Fəqan Yaqubovun qalıqları Tərtərdə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Fəqan Yaqubovun qalıqları Tərtərdə dəfn olunub - FOTO
# 28 iyun 2024 15:44 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 30 il sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən Yaqubov Fəqan Misir oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhidlə Tərtər rayonunun Sarıcalı kəndində vida mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Fəqan Yaqubov naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub, bir qədər əvvəl onun kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR