Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Cavadov Elman Xurşud oglunun qalıqları ailəsinə təhvil verilib.
APA xəbər verir ki, şəhid Elman Cavadovla Sumqayıtda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Elman Cavadov 1973-cü ildə də Sumqayıt şəhərində anadan olub. 3 nömrəli məktəbdə təhsil alıb. 1992-ci ildə həqiqi hərbi xidmətə cağırılıb.
1992-ci il iyulun 19-da Agdərənin Aterk kəndində gedən döyüşlərdə itkin düşüb.
Elman Cavadovun Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid kimi torpağa tapşırıldığı məlum olub, onun kimliyi müəyyənləşib.