Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Cəfərov Namiq Balaxan oğlunun qalıqları ailəsinə təhvil verilib.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, şəhid Cəfərov Namiq Balaxan oğlu ilə Saatlıda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Saatlı rayon qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində Saatlı rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.
Namiq Cəfərov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.