Bank Of Baku

Birinci Qarabağ müharibəsində şəhid olan Niyaz Novruzovun qalıqları Goranboyda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Niyaz Novruzovun qalıqları Goranboyda dəfn olunub - FOTO
# 06 iyun 2024 15:57 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Novruzov Niyaz İlyas oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Niyaz Novruzovla doğulduğu Goranboy rayonunun Veyisli kəndində vida mərasimi keçirilib. Şəhidin qalıqları Veyisli kənd qəbristanlığında dəfn olunub.

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştrak edib.

Niyaz Novruzov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda gedən döyüşlərdə itkin düşüb.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR