“Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi Qaydası” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərarla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitki və bitkiçilik məhsullarına ölkə daxilində daşımalar zamanı daxili karantin sertifikatının, həmin məhsulların ixracı (təkrar ixracı) zamanı fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydalarının müəyyən edilməsi nəzərdə tutulur. Qərarın qəbulu ilə fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin daha geniş ərazidə yayılmasının qarşısının alınması, onlara qarşı mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına imkan yaranacaq.