Bank Of Baku

BMT: Fındıqçılıqla bağlı araşdırma hökumətə təqdim edilib

BMT: Fındıqçılıqla bağlı araşdırma hökumətə təqdim edilib
# 14 mart 2023 13:26 (UTC +04:00)

Fındıqçılıq sahəsində dayanıqlı bioenerji variantlarının öyrənilməsi üçün araşdırma aparılıb və hökumətə təqdim edilib.

APA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Bariz Mehdiyev bildirib.

“İl ərzində BMT qurumları ilə ümumilikdə iqlim dəyişmələrinin müxtəlif aspektləri istiqamətində təlimatların, tədbirlər planının hazırlanması, iqlim dəyişmələrinin adaptasiyasının maliyyə strategiyasının hazırlanması üzrə müxtəlif araşdırmalar və təqdimatlar edilib”, – o qeyd edib.

O deyib ki, 2022-ci ildə həyata keçirdiyimiz ən mühüm layihələrdən biri də davamlı üzvi çirkləndiricilərin utilizasiyasi ilə bağlı olub:

"Qlobal ekoloji fond tərəfindən maliyyələşən layihə çərçivəsində biz Zəngi poliqonunda 217 ton davamlı üzvi çirkənlidiricinin zərərsizləşdirilməsi istiqamətində xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi ilə birgə uğurlu nəticələr əldə etmişik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR