Torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyimiz layihəyə bu ilin növbəti rübündə başlayacağıq və bu məsələdə hökumətə dəstək göstərəcəyik.
APA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Bariz Mehdiyev deyib.
Onun sözlərinə görə, növbəti ildəki prioritetlərə gəlincə, iqlim dəyişmələri sahəsində daha effektiv praktika və texnologiyaların tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
"Eyni zamanda, biomüxtəliflik sahəsində xüsusi qorunan ərazilərin idarəetməsinin təkmilləşdirilməsi istiqamətində layihənin icrası davam etdiriləcək",- deyə o qeyd edib.