Boliviyada üsyançı general altı aylıq həbs cəzasına məhkum edilib

Boliviyada üsyançı general altı aylıq həbs cəzasına məhkum edilib
# 29 iyun 2024 05:11 (UTC +04:00)

Boliviya məhkəməsi general Xuan Xose Suniqanın dövlət çevrilişinə cəhdlə bağlı təhqiqata qədər altı ay müddətinə həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, bu barədə “Bolivia TV” telekanalı məlumat yayıb.

Analoji tədbir ölkənin dəniz donanmasının komandiri Xuan Arnezə qarşı da tətbiq edilib.

Hər şəxs silahlı qiyam təşkil etməkdə şübhəli bilinir.

Qeyd edək ki, İyunun 26-da general Zuniqanın başçılıq etdiyi bir qrup Boliviya hərbi zabiti La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt edib. Boliviya Prezidenti Luis Arse hərbçilərin hərəkətlərini dövlət çevrilişinə cəhd adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR