Bank Of Baku

Britaniya səfiri UNEC-də olub

Britaniya səfiri UNEC-də olub
# 16 mart 2023 13:38 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də olub.

Universitetdən APA-ya verilən xəbərə görə, UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib.

Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb.

UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR