Ünvanlı dövlət sosial yardımlarının və sosial müavinətlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.