Bank Of Baku

Bu il 6000-dən çox şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib

Bu il 6000-dən çox şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib
# 18 avqust 2022 11:00 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il tənha və əlilliyi olan 6020 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib.

Bu barədə APA-ya Nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 4 mini ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.

Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir.

Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR