Bank Of Baku

Bu il MİQ imtahanlarında iştirak üçün müraciət edən namizədlərin sayı açıqlanıb

Nurlan İsmayılbəyli

© APA | Nurlan İsmayılbəyli

# 08 sentyabr 2022 14:36 (UTC +04:00)

Bu il 60 002 namizəd MİQ imtahanlarında iştirak etmək üçün müraciət edib.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 54 804 nəfər qeydiyyatını təsdiqləyərək, test imtahanı mərhələsinə dəvət olunub.

"Təəssüf ki, 10 minə yaxın namizəd imtahana gəlməyib. Beləliklə, imtahanlarda 44 300 namizəd iştirak edib. Bu il musiqi, təsviri incəsənət və kimya üzrə vakant yerlərin sayı daha çox olub".

Qeyd edək ki, bu il müsabiqəyə ümumilikdə 9805 vakant yer çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR