Bank Of Baku

Bu ilin 5 ayında sosial ödənişlər üzrə ödənilən məbləğ açıqlanıb

Bu ilin 5 ayında sosial ödənişlər üzrə ödənilən məbləğ açıqlanıb
# 10 iyun 2022 10:39 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR