Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ərazilərinə 70 başadək müxtəlif fauna növü reintroduksiya edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
O bildirib ki, bioloji müxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində sözügedən ərazilərə 40 baş ceyran, 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik və 3 baş Bezoar keçisi qaytarılıb.