Bank Of Baku

Ceyran, bezoar keçisi, nəcib maral və balıqların tarixi areallarına qaytarılması işi görülür

Ceyran, bezoar keçisi, nəcib maral və balıqların tarixi areallarına qaytarılması işi görülür
# 20 oktyabr 2022 12:02 (UTC +04:00)

İşğaldan azad olunmuş torpaqlarda bir çox tikinti, bərpa və quruculuq işləri davam edir. Təbii ki, bu işlərlə paralel olaraq azad olunmuş ərazilərin ekoloji vəziyyətinin düzəldilməsi üçün müxtəlif növ ağaclar əkilir, balıqlar və heyvanların tarixi areala reintroduksiyası üçün işlər görülür.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov APA-ya açıqlamasında bildirib ki, son 2 ildə Qarabağ və Şərqi Zəngəzurda olan bir neçə su hövzəsinə, o cümlədən, Bərgüşad, Həkəri çaylarına, Bəsitçaya, Xaçınçaya və Suqovuşana müxtəlif növ balıq körpələri buraxılıb.

O, bunlar içərisində “Qırmızı Kitab”-a düşmüş balıqların olduğunu da deyib:

“Apardığımız tədqiqatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurda olan çaylarda 23 növ balıq növü aşkar edilib. Bunlar içərisəndə 2 balıq növü “Qırmızı Kitab”-a düşüb - qızılxallı farel və zərdəpər. Bu balıqların bərpasının yaxın 2 ildə nəticəsinə görəcəyik. Bu prosesi davam etdiririk. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda yaxın zamanlarda su anbarlarının tikilməsi nəzərdə tutulur. Həmin anbarlara da balıqlar buraxılacaq”.

M. Axundov deyib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində görülən işlər İDEA İctimai Birliyinin “Zəngin hövzələr” layihəsi çərçivəsində aparılır:

“Ümumiyyətlə, Azərbaycanın bütün hövzələrində bu layihə aparılır. Yaxın zamanlarda Şərqi Zəngəzur regionunda akvakulturanı inkişaf etdirəcəyik. Akvakultura əmtəə balıq yetişdirilməsidir. Bu zaman təbii resurslara insan təsiri azalacaq”.

Azad olunmuş ərazilərə balıqlarla yanaşı müxtəliv növ heyvanların qaytarılması işləri də görülür. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov APA-ya açıqlamasında qeyd edib ki, işğaldan azad olunmuş torpaqlar, yəni Araz boyu düzənliklər əvvəllər ceyranların yaşadığı yer olub:

“İndi o yerlər boşdur. Həmin yerlərə ceyranların qaytarılma planları başlayıb. Dünən birinci, bu gün isə ikinci buraxılışı olacaq. İri heyvanlardan Kiçik Qafqazda maralların nəsli kəsilib. Çox az sayda Göygöldə var idi. Lakin birinci Qarabağ müharibəsində onların sayı xeyli azaldı. Biz yenə də dağlıq ərazilərə onların qaytarılması işlərini görməyə çalışırıq. Həmçinin, 2021-ci ildə Navçıxanda qaya keçilərinin ovlanmasına qadağa qoyulduğu üçün bu, onların çoxalmasına xeyli təsir göstərib. Naxçıvandan tutulan qaya keçilərini, yəni bezoar keçilərini azad olunmuş ərazilərin dağlıq hissələrinə həmçinin, nəsli kəsilmək üzrə olan heyvanların olduğu yerə yerləşdirmək istəyirik”.

E. Əsgərov deyib ki, artıq bununla bağlı proqrama başlanılıb:

“Azad olunmuş ərazilərə əsasən maral, dağ keçisi, ceyran, bezoar keçisinin buraxılması planlaşdırılır. Plan yeni başladığı üçün əsasən ceyranlar buraxılır. Daha sonra isə Naxçıvandan gətirilən keçilərin dəqiq hansı hissələrə yerləşdirilməsi üçün tədqiqat işləri aparılır. Maralların İsmayıllada yerləri var. Onların hələ artırılması düşünülür. Bu müddət 1-2 il çəkəcəcək, bu prosesdən sonra isə marallar da azad olunmuş torpaqlara köçürüləcək”.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR