Deputat: Qohum evlilikləri ilə bağlı sərt qadağanın nəticəsini yaxın vaxtda görə bilməyəcəyik

Fazil Mustafa, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

© APA | Fazil Mustafa, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

# 21 iyun 2024 13:44 (UTC +04:00)

Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, əsasən kəndlərdə belədir: “Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR