Deputat: Sosial şəbəkələrdə mənəvi-əxlaqi dəyərlərimizə zidd kontentlərlə bağlı əlavə tədbirlərin görülməsi vacibdir

Elşad Mirbəşir, Milli Məclisin deputatı

© APA | Elşad Mirbəşir, Milli Məclisin deputatı

# 28 iyun 2024 11:29 (UTC +04:00)

Dünyada müşahidə olunan mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən özümüzü qorumalıyıq.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, bu gün insanlığa qarşı müxtəlif təhlükələrdən danışılır: “Lakin gözəgörünməz bir qatil də var. Bu mənəvi-əxlaqi aşınmadır. Azərbaycanda cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, var-dövlət ola bilər, zənginlik ola bilər, lakin mənəviyyat olmadan heç bir şey ola bilməz. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncinin necə yüksək mənəvi-əxlaqi dəyərlərə, patriotizm hissinə malik olduğunu göstərdi. Bu, bizim formalaşdırdığımız çox böyük bir resursdur. Bunu dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq. Bir sıra ölkələrdə dünya səviyyəsində müşahidə olunan mənəvi və əxlaqi aşınmanın neqativ nəticələrindən qorunmaq üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsi də sözügedən sahədə təhlükənin reallığından xəbər verir. Biz internet əsrində yaşayırıq, informasiya-kommunikasiya texnologiyaları öz inkişafının ən yüksək səviyyəsinə çatıb. Ona görə də informasiya kontentinə nəzarət etmək çətindir. Buna baxmayaraq, sosial şəbəkələrdə bizim mənəvi-əxlaqi dəyərlərimizə zidd olan kontentin qarşısının alınması üçün ciddi əlavə tədbirlərin görülməsi çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR